İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan-Yaponiya münasibətləri

Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi açılmışdır. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 21 yanvar 2000-ci ildə təsis edilmişdir.

Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Gürsel İsmayılzadədir. Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuquo Takahaşidir. 

Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlərin xronologiyası

Dövlət başçıları

 

1998-ci il 24-28 fevral     Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin rəsmi səfəri        

2006-cı il 7-10 mart        Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri

Azərbaycan tərəfinin Yaponiyaya səfəri

Oktyabr 1992

cənab Tofiq Qasımov, Xarici işlər naziri (Müstəqillik əldə etmiş dövlətlərə yardım konfransı)

May 1996

cənab Natiq Əliyev, ARDNŞ-nın Prezidenti və cənab İlham Əliyev, ARDNŞ-nın Vitse-Prezidenti

Yanvar 1998

cənab Artur Rəsizadə, Baş nazir (Dünya Bankı tərəfindən keçirilən Məşvərət Qrupunun Görüşü)

Mart 1999

cənab Abid Şərifov, Baş nazirin müavini (özəl sektorun dəvəti ilə)

Oktyabr 1999

cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası)

İyun 2001

cənab Vilayət Quliyev, Xarici işlər naziri (Üç Qafqaz ölkəsinin sərgisi)

Noyabr 2001

cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası)

May 2005

cənab Abid Şərifov, Baş nazirin müavini (EXPO 2005 Aiçi Sərgisi)

İyun 2007

cənab Araz Əzimov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr)

Fevral 2008

cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası)

Fevral 2008

cənab Xələf Xələfov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr)

Fevral 2009

cənab Araz Azimov, Xarici işlər nazirinin müavini (GUAM+Yaponiya milli əlaqələndiricilərin görüşü)

May 2009

cənab Misir Mərdanov, Təhsil naziri

İyun 2009

cənab Elmar Məmmədyarov, Xarici işlər naziri (Yaponiya Xarici işlər nazirliyinin dəvəti ilə)

İyul 2012

cənab Mahmud Məmməd-Quliyev, Xarici işlər nazirinin müavini (Əfqanıstana dair Tokio konfransı)

Oktyabr 2012

cənab Azər Bayramov, Maliyyə nazirinin müavini

Dekabr 2013

cənab Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri (Yaponiya Hökumətinin dəvəti ilə)

Fevral 2014

cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası)

Fevral 2014

cənab Xələf Xələfov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr)

İyun 2014

AR Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini cənab Hüseyn Mövsumovun başçılığı ilə AR bir sıra rayon və  şəhər icra başçılarının səfəri

Mart 2015

cənab Raqim Lətifov, Fövqəladə hallar nazirinin müavini və cənab Orucəli Hacıyev, Fövqəladə hallar nazirinin müavini (BMT-nin Fəlakət riskinin idarə olunması üzrə beynəlxalq konfrans)

Aprel 2015

 

cənab Oqtay Əsədov, Milli Məclisinin sədri (Yaponiya Parlamentinin dəvəti ilə)

Avqust 2015

cənab  Əli Həsənov, Baş nazirinin müavini (Yaponiya Hökumətinin dəvəti ilə)

 

Yaponiya tərəfinin Azərbaycana səfəri

May 1999

cənab Masahiko Komura,  Xarici işlər naziri

Oktyabr 1999

Qafqaz ölkələrinə Dostluq Missiyası (Nümayəndələr Palatasının üzvü cənab Taro Nakayamanın rəhbərliyi ilə)

İyul 2002

cənab Seiken Suqiura, Xarici işlər nazirinin birinci müavini

Fevral 2003

cənab Tetsuro Yano, Xarici işlər nazirinin birinci müavini

Sentyabr 2003

cənab Şoci Motooka, Müşavirlər Palatasının sədrinin müavini

Noyabr 2003

cənab İçiro Fucisaki, Xarici işlər nazirinin müavini

Avqust 2004

cənab Akira Amari, Müşavirlər Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri

Yanvar 2005

cənab İçiro Aisava, Xarici işlər nazirinin birinci müavini

İyul 2005

cənab Yoşiaki Harada, Nümayəndələr Palatasının üzvü

Dekabr 2005

cənab Taişiro Yamaqiva, Nümayəndələr Palatasının üzvü

İyul 2006

xanım Akiko Yamanaka, Xarici işlər nazirinin müavini

İyun 2007

cənab Mitoci Yabunaka, Xarici işlər nazirinin müavini (GUAM Dövlət Başçılarının Bakı sammiti)

Avqust 2007

xanım Midori Matsuşima, Xarici işlər nazirinin müavini

İyun 2008

xanım Akiko Yamanaka, Nümayəndələr Palatasının üzvü

Aprel 2009

cənab Yasutoşi Nişimura, Xarici işlər nazirinin müavini

May 2011

cənab Hisaşi Tokunaqa, Xarici işlər nazirinin müavini

Avqust 2013

cənab Masahisa Sato, Müdafiə nazirinin müavini

Aprel 2014

cənab Takao Makino, Xarici işlər nazirinin müavini

Aprel 2014

cənab Takeo Hirata, Yaponiya Nazirlər Kabineti nəzdində Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Yaponiya Baş nazirinin səhiyyə və idman məsələləri üzrə xüsusi müşavir

Yanvar 2015

cənab Minoru Kiuçi, Xarici işlər üzrə Dövlət naziri müavini

Aprel 2015

cənab Keniçiro Ueno,  Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm nazirinin müavini

May 2015

cənab Taro Aso, Baş nazirinin müavini, Maliyyə naziri (Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı)

Oktyabr 2015

cənab Akira Amari, İqtisadi və Maliyyə Siyasəti üzrə Dövlət naziri, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri

Müqavilə-hüquq bazası

İki ölkə arasında müxtəlif sahələri əhatə edən 26 sənəd imzalanmışdır. 

1. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlıq haqqında Birgə Bəyanat. 26 fevral 1998, Tokio

2. Azərbaycan Respublikası ilə Yaponiya arasında Ticarət və İqtisadi sahədə Əməkdaşlıq haqqında Birgə Bəyanat. 26 fevral 1998, Tokio

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Birgə Kommunike. 26 fevral 1998, Tokio

4. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında Birgə Bəyanat. 10 mart 2006, Tokio

5. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında Texniki Əməkdaşlıq haqqında Saziş. 10 mart 2006, Tokio

6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum. 10 mart 2006, Tokio

Parlamentlərarası əlaqələr

Hər iki parlamentdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası mövcuddur. Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri cənab Akira Amaridir. Cənab Akira Amari Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziridir.

Qarşılıqlı səfərlər

2003-cü il sentyabr ayında  Yaponiya Parlamentinin Müşavirlər  Palatasının vitse-prezidenti cənab Şoci Motuka
2004-cü il 28 avqust - 1 sentyabr  Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri cənab Akira Amari
2005-ci il 13-15 dekabr  Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvü, Yaponiya Nümayəndələr Palatasının üzvü cənab Daiçiro Yamaqiva
2008-ci il 28 oktyabr – 4 noyabr Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Bakı Dövlət Universitetinin rektoru cənab Abel Məhərrəmov
2015-ci il 19-25 aprel AR Milli Məclisinin sədri cənab Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətinin üzvü qismində Azərbaycan-Yaponiya
2015-ci il 25-28 oktyabr Parlamentlərarası Dostluq Qrupunun sədri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri cənab Akira Amari

Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin xronologiyası:

1. 6 fevral 2007, Bakı

2. 26 iyun 2007, Tokio

3. 27 fevral 2008, Tokio

4. 12 sentyabr 2008, Bakı

5. 19 fevral 2009, Tokio

6. 19 noyabr 2010, Bakı

7. 12 iyul 2012, Bakı

8. 31 yanvar 2013, Bakı

9. 27 fevral 2014, Tokio

İqtisadi əməkdaşlıq

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1999-cu il tarixli 67 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır. İndiyədək Komissiyanın 8 iclası keçirilmişdir.

Komissiyanın iclasları:

  1. 1999-cu il, Tokio
     
  2. 30 oktyabr 2000, Bakı
     
  3. 28 aprel 2001, Tokio
     
  4. 21-23 noyabr 2006, Bakı
     
  5. 25-26 fevral 2008, Tokio
     
  6. 18 may 2010, Tokio
     
  7. 22 noyabr 2011, Bakı
     
  8. 26 fevral 2014, Tokio

Komissiyanın Azərbaycan tərəfindən həmsədri Azərbaycan Respublikası

Baş Nazirinin müavini Abid Şərifovdur.

Komissiyanın Yaponiya tərəfindən həmsədri İTOÇU şirkətinin baş müşaviri Yoiçi Kobayaşidir. 

 

Azərbaycan Respublikası ilə Yaponiya arasında ticarət əlaqələri

(milyon ABŞ dolları)

 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

244.1

0.99

245

-243.1

2013

288.4

22.6

311

-265.8

2014

240.5

 1.2

241.7

-239.3

 

Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

Yaponiyadan Azərbaycana idxalda:

- qara metaldan borular və profillər;

- qaz və buxar turbinləri;

- minik avtomobilləri;

- mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər

- nasos – kompressor boruları;

- audio – video disklər.

Azərbaycandan Yaponiyaya ixracda:

- spirtli içkilər;

- meyvə şirələri;

- xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları;

- kimyəvi məhsullar və preparatlar;

- alüminium ərintiləri;

- balıq kürüsü.

Mənbə: AR İqtisadiyyat və sənaye nazirliyi

Mədəniyyət və təhsil

Səfirlik bir sıra universitet və tədqiqat mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Onların arasında Tsukuba Universiteti, Vaseda Universiteti, Qunma Prefekturasının Qızlar Universiteti, Keio Universiteti, Sofia Universiteti, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə Tədqiqat Mərkəzi, Utsunomiya Universiteti, Şizuoka Prefekturasının Universiteti, “Shoheijuku” İnstitutu, Hiroşima İctimai Universiteti – Sülh araşdırmalar institutu, Kobe Şukuqava Qakuin Universiteti,  “Citizens School” mərkəzi, Osaka Universiteti və s. qeyd etmək olar.

Bundan əlavə Azərbaycanın ADA Universiteti Yaponiyanın bir sıra universitetləri ilə akademik mübadilə proqramları təsis edilmişdir:

Ritsumeikan University

Doshisha University, Graduate School of Global Studies, Japan

Osaka University, Graduate School of International Public Policy (OSIPP), Japan

Azərbaycanda yapon dili 3 orta ümum təhsil məktəbində və Bakı Dövlət Universiteti ilə Azərbaycan Dillər Universitetində tədris edilir.

Dostluq mübadiləsi

Azərbaycan – Yaponiya münasibətləri tarixində ilk dəfə olaraq, hər iki ölkənin şəhərləri arasında “Dostlaşmış şəhərlər statusu əməkdaşlıq çərçivəsinin” qurulmasına nail olunmuşdur. Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında “Dostlaşmış şəhərlər mübadiləsi” sazişi 22 noyabr 2013-cü ildə imzalanmışdır.

Dostluq mübadiləsinin əsas məqsədi iki ölkənin mədəniyyəti və yaşayış tərzinin öyrənilməsi, insanlar arasında əlaqələrin genişləndirilməsi, o cümlədən Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın dərinləşdirilməsidir.

Dostluq Assosiasiyası

4 mart 2015-ci il tarixində Azərbaycan-Yaponiya Dostluq Assosiasiyası təsis edilmişdir. 

Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının yaradılmasının məqsədi iki ölkə arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir.

  • İki ölkə arasında təhsil və mədəni mübadilənin təşviqi
  • Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin dəstəklənməsi
  • İki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə iqtisadi əməkdaşlığın təşviqi
  • İki ölkə rəsmilərinin qarşılıqlı səfər mübadiləsinin dəstəklənməsi