Səfirin müraciəti

Hörmətli oxuyucular,

Sizi Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin internet səhifəsində salamlayırıq.

Bu internet səhifəsi Azərbaycan Respublikası haqqında əsas məlumatlar ilə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, siyasi və sosial həyatı, iqtisadiyyatı və həmçinin Səfirliyin fəaliyyəti haqqında məlumatları ehtiva edir. İstifadəçilər saytda eyni zamanda, Azərbaycan – Yaponiya haqqında məlumatlar əldə edə bilər.

Mədəniyyətlər və sivilizasiyalar qovşağında yerləşən Azərbaycan, tarixi İpək Yolunun kəsişdiyi, müxtəlifliyi ilə fəxr edən tolerant cəmiyyətin Yurdudur.

Böyük Nizami və sirli Muğam irsinin varisləri - Qafqaz Dağlarının yüksəklikləri və dərin kanyonlarından, Lənkəranın sub-tropik meşələrinə, Xəzər Dənizinin sahillərinə nadir müxtəlifliyi ilə seçilən Azərbaycanın təbiəti, şair və sənətkarlara ilham bəxş etməyə davam edir.

28 may 1918-ci ildə İslam dünyasında ilk demokratik respublika müstəqil Azərbaycanda meydana gəlmişdir. Azərbaycan Demokratik Respublikası tərəfindən azad proporsional və ümumbəşəri, müxtəlif xalqların və partiyaların təmsili əsasında parlament qurulmuşdur. Azərbaycanda qadınlara səs vermə hüququ əksər Avropa ölkələrindən qabaq verilmişdir. Azərbaycan Demokratik Respublikası dövründə Bakı Dövlət Universiteti yaradılmışdır. Təəssüf ki, Azərbaycanın müstəqilliyi qısa müddət davam etmiş və 1920-ci ildən etibarən Azərbaycan 70 il Sovet İttifaqının tərkib hissəsi olmuşdur. Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa edilmişdir.

Bu müddətdən etibarən Azərbaycan çətin keçid dövrünü yaşamış, müharibə şəraitli və daxili qeyri-sabitlik dövründəki ölkədən, dünyanın ən sürətli inkişaf edən dövlətinə çevrilmişdir.

Siyasi və iqtisadi sabitlik bizə daha fəal xarici siyasət həyata keçirməyə imkan vermişdir. Mütəmadi şəkildə bizim fəal xarici siyasətimiz dünya ölkələri ilə dost və qarşılıqlı maraq doğuran münasibətlər səviyyəsinə inkişaf etmişdir.

Xüsusilə enerji mənbələri, təbii ehtiyatlar ilə zəngin olan Azərbaycan, qlobal enerji siyasətinin müəyyən olunmasında və dünyadakı enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Fürsətdən istifadə edərək, Azərbaycan – Yaponiya münasibətlərinin inkişafına töhfə verən bütün dostlarımıza səmimi minnətdarlığımı bildirirəm. Azərbaycan və Yaponiya arasındakı münasibətlər yüksək səviyyədə davam edir.

İki ölkə arasında qarşılıqlı etimad və marağa əsaslanan uzunmüddətli və səmərəli tərəfdaşlıq qurulmuş, siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə möhkəm əməkdaşlıq, eləcə də, regional və beynəlxalq səviyyədə mühüm dialoq aparılmaqdadır.

Sizləri Azərbaycanda salamlamağa arzu edirik.