2026-02-06

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi Osaka şəhərində fəaliyyətə başlayan “Zakuro no Ki” Azərbaycan kafesinin rəsmi açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi Osaka şəhərində fəaliyyətə başlayan “Zakuro no Ki” Azərbaycan kafesinin rəsmi açılış mərasimində iştirak etmişdir. Bununla ilk dəfə olaraq Azərbaycan mətbəxi və qonaqpərvərliyi Yaponiyada rəsmi şəkildə təmsil olunur. “Zakuro no Ki” kafesi vasitəsilə Azərbaycan mədəni irsi, zəngin dadları və ənənələri yapon ictimaiyyətinə təqdim edilir. Açılış mərasimində Səfirlik nümayəndələri ilə yanaşı, yerli jurnalistlər, sosial media influencerləri, akademik dairələrin və biznes ictimaiyyətinin nümayəndələri iştirak etmiş, bu isə Yaponiyada Azərbaycan mədəniyyətinə və mətbəxinə olan yüksək marağın göstəricisi olmuşdur.

Arxiv üzrə axtarış