2026-08-09

Səfir Fərid Talıbov Hiroşima və Naqasakidə anım və sülh mərasimlərində iştirak edib

Səfir Fərid Talıbov Hiroşima və Naqasakidə anım və sülh mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Fərid Talıbov Hiroşima və Naqasaki şəhər meriyalarının dəvəti ilə 2026-cı il avqustun 6-da Hiroşimada, avqustun 9-da isə Naqasakidə atom bombardmanlarının 81-ci ildönümünə həsr olunmuş anım və sülh mərasimlərində iştirak edib.

Səfir faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Səfərlər çərçivəsində yerli rəhbər şəxslərlə keçirilən görüşlərdə Azərbaycan Respublikası adından başsağlığı verib və Azərbaycan xalqının Yaponiya xalqı ilə həmrəyliyini ifadə edib. Görüşlərdə nüvə silahının tətbiqinin ağır humanitar nəticələrinin unudulmamasının və qurbanların xatirəsinin qorunmasının əhəmiyyəti vurğulanıb.

Arxiv üzrə axtarış