2016-05-25
Səfir Gürsel İsmayılzadənin İşikava prefekturası Komatsu şəhərinin meri ilə görüşü

2016-cı ilin mayın 24-də Səfir Gürsel İsmayılzadə İşikava Prefekturası Komatsu şəhərinin meri Şinci Vada ilə görüşmüşdür. Görüş zamanı ikitərəfli əlaqələrin inkişafı, o cümlədən regionlararası əlaqələr və digər məsələlər müzakirə edilmişdir. Hər iki tərəf "Silk Way West Airlines" şirkəti tərəfindən həftədə iki dəfə karqo uçuşlarının həyata keçirilməsini məmnunluqla qeyd etmişdir. Bu uçuşların ikitərəfli əməkdaşlığın digər sahələrinə də müsbət töhfə verəcəyinə əminlik ifadə edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər