İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Azərbaycan-Yaponiya münasibətləri
Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur. 12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi açılmışdır. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 21 yanvar 2000-ci ildə təsis edilmişdir.
Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Gürsel İsmayılzadədir. Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuquo Takahaşidir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlərin xronologiyası
Dövlət başçıları
1998-ci il 24-28 fevral Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin rəsmi səfəri
2006-cı il 7-10 mart Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri
Azərbaycan tərəfinin Yaponiyaya səfəri
Oktyabr 1992 |
cənab Tofiq Qasımov, Xarici işlər naziri (Müstəqillik əldə etmiş dövlətlərə yardım konfransı) |
May 1996 |
cənab Natiq Əliyev, ARDNŞ-nın Prezidenti və cənab İlham Əliyev, ARDNŞ-nın Vitse-Prezidenti |
Yanvar 1998 |
cənab Artur Rəsizadə, Baş nazir (Dünya Bankı tərəfindən keçirilən Məşvərət Qrupunun Görüşü) |
Mart 1999 |
cənab Abid Şərifov, Baş nazirin müavini (özəl sektorun dəvəti ilə) |
Oktyabr 1999 |
cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası) |
İyun 2001 |
cənab Vilayət Quliyev, Xarici işlər naziri (Üç Qafqaz ölkəsinin sərgisi) |
Noyabr 2001 |
cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası) |
May 2005 |
cənab Abid Şərifov, Baş nazirin müavini (EXPO 2005 Aiçi Sərgisi) |
İyun 2007 |
cənab Araz Əzimov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr) |
Fevral 2008 |
cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası) |
Fevral 2008 |
cənab Xələf Xələfov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr) |
Fevral 2009 |
cənab Araz Azimov, Xarici işlər nazirinin müavini (GUAM+Yaponiya milli əlaqələndiricilərin görüşü) |
May 2009 |
cənab Misir Mərdanov, Təhsil naziri |
İyun 2009 |
cənab Elmar Məmmədyarov, Xarici işlər naziri (Yaponiya Xarici işlər nazirliyinin dəvəti ilə) |
İyul 2012 |
cənab Mahmud Məmməd-Quliyev, Xarici işlər nazirinin müavini (Əfqanıstana dair Tokio konfransı) |
Oktyabr 2012 |
cənab Azər Bayramov, Maliyyə nazirinin müavini |
Dekabr 2013 |
cənab Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri (Yaponiya Hökumətinin dəvəti ilə) |
Fevral 2014 |
cənab Abid Şərifov, Baş nazirin müavini (Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası) |
Fevral 2014 |
cənab Xələf Xələfov, Xarici işlər nazirinin müavini (siyasi məsləhətləşmələr) |
İyun 2014 |
AR Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini cənab Hüseyn Mövsumovun başçılığı ilə AR bir sıra rayon və şəhər icra başçılarının səfəri |
Mart 2015 |
cənab Raqim Lətifov, Fövqəladə hallar nazirinin müavini və cənab Orucəli Hacıyev, Fövqəladə hallar nazirinin müavini (BMT-nin Fəlakət riskinin idarə olunması üzrə beynəlxalq konfrans) |
Aprel 2015
|
cənab Oqtay Əsədov, Milli Məclisinin sədri (Yaponiya Parlamentinin dəvəti ilə) |
Avqust 2015 |
cənab Əli Həsənov, Baş nazirinin müavini (Yaponiya Hökumətinin dəvəti ilə) |
Yaponiya tərəfinin Azərbaycana səfəri
May 1999 |
cənab Masahiko Komura, Xarici işlər naziri |
Oktyabr 1999 |
Qafqaz ölkələrinə Dostluq Missiyası (Nümayəndələr Palatasının üzvü cənab Taro Nakayamanın rəhbərliyi ilə) |
İyul 2002 |
cənab Seiken Suqiura, Xarici işlər nazirinin birinci müavini |
Fevral 2003 |
cənab Tetsuro Yano, Xarici işlər nazirinin birinci müavini |
Sentyabr 2003 |
cənab Şoci Motooka, Müşavirlər Palatasının sədrinin müavini |
Noyabr 2003 |
cənab İçiro Fucisaki, Xarici işlər nazirinin müavini |
Avqust 2004 |
cənab Akira Amari, Müşavirlər Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri |
Yanvar 2005 |
cənab İçiro Aisava, Xarici işlər nazirinin birinci müavini |
İyul 2005 |
cənab Yoşiaki Harada, Nümayəndələr Palatasının üzvü |
Dekabr 2005 |
cənab Taişiro Yamaqiva, Nümayəndələr Palatasının üzvü |
İyul 2006 |
xanım Akiko Yamanaka, Xarici işlər nazirinin müavini |
İyun 2007 |
cənab Mitoci Yabunaka, Xarici işlər nazirinin müavini (GUAM Dövlət Başçılarının Bakı sammiti) |
Avqust 2007 |
xanım Midori Matsuşima, Xarici işlər nazirinin müavini |
İyun 2008 |
xanım Akiko Yamanaka, Nümayəndələr Palatasının üzvü |
Aprel 2009 |
cənab Yasutoşi Nişimura, Xarici işlər nazirinin müavini |
May 2011 |
cənab Hisaşi Tokunaqa, Xarici işlər nazirinin müavini |
Avqust 2013 |
cənab Masahisa Sato, Müdafiə nazirinin müavini |
Aprel 2014 |
cənab Takao Makino, Xarici işlər nazirinin müavini |
Aprel 2014 |
cənab Takeo Hirata, Yaponiya Nazirlər Kabineti nəzdində Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Yaponiya Baş nazirinin səhiyyə və idman məsələləri üzrə xüsusi müşavir |
Yanvar 2015 |
cənab Minoru Kiuçi, Xarici işlər üzrə Dövlət naziri müavini |
Aprel 2015 |
cənab Keniçiro Ueno, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm nazirinin müavini |
May 2015 |
cənab Taro Aso, Baş nazirinin müavini, Maliyyə naziri (Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı) |
Oktyabr 2015 |
cənab Akira Amari, İqtisadi və Maliyyə Siyasəti üzrə Dövlət naziri, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri |
Müqavilə-hüquq bazası
İki ölkə arasında müxtəlif sahələri əhatə edən 26 sənəd imzalanmışdır.
1. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlıq haqqında Birgə Bəyanat. 26 fevral 1998, Tokio
2. Azərbaycan Respublikası ilə Yaponiya arasında Ticarət və İqtisadi sahədə Əməkdaşlıq haqqında Birgə Bəyanat. 26 fevral 1998, Tokio
3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında Birgə Kommunike. 26 fevral 1998, Tokio
4. Azərbaycan Respublikası və Yaponiya arasında Dostluq və Tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında Birgə Bəyanat. 10 mart 2006, Tokio
5. Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında Texniki Əməkdaşlıq haqqında Saziş. 10 mart 2006, Tokio
6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq haqqında Memorandum. 10 mart 2006, Tokio
Parlamentlərarası əlaqələr
Hər iki parlamentdə Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası mövcuddur. Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri cənab Akira Amaridir. Cənab Akira Amari Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziridir.
Qarşılıqlı səfərlər
2003-cü il sentyabr ayında | Yaponiya Parlamentinin Müşavirlər Palatasının vitse-prezidenti cənab Şoci Motuka |
2004-cü il 28 avqust - 1 sentyabr | Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri cənab Akira Amari |
2005-ci il 13-15 dekabr | Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvü, Yaponiya Nümayəndələr Palatasının üzvü cənab Daiçiro Yamaqiva |
2008-ci il 28 oktyabr – 4 noyabr | Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Bakı Dövlət Universitetinin rektoru cənab Abel Məhərrəmov |
2015-ci il 19-25 aprel | AR Milli Məclisinin sədri cənab Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətinin üzvü qismində Azərbaycan-Yaponiya |
2015-ci il 25-28 oktyabr | Parlamentlərarası Dostluq Qrupunun sədri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri cənab Akira Amari |
Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin xronologiyası:
1. 6 fevral 2007, Bakı
2. 26 iyun 2007, Tokio
3. 27 fevral 2008, Tokio
4. 12 sentyabr 2008, Bakı
5. 19 fevral 2009, Tokio
6. 19 noyabr 2010, Bakı
7. 12 iyul 2012, Bakı
8. 31 yanvar 2013, Bakı
9. 27 fevral 2014, Tokio
İqtisadi əməkdaşlıq
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1999-cu il tarixli 67 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır. İndiyədək Komissiyanın 8 iclası keçirilmişdir.
Komissiyanın iclasları:
- 1999-cu il, Tokio
- 30 oktyabr 2000, Bakı
- 28 aprel 2001, Tokio
- 21-23 noyabr 2006, Bakı
- 25-26 fevral 2008, Tokio
- 18 may 2010, Tokio
- 22 noyabr 2011, Bakı
- 26 fevral 2014, Tokio
Komissiyanın Azərbaycan tərəfindən həmsədri Azərbaycan Respublikası
Baş Nazirinin müavini Abid Şərifovdur.
Komissiyanın Yaponiya tərəfindən həmsədri İTOÇU şirkətinin baş müşaviri Yoiçi Kobayaşidir.
Azərbaycan Respublikası ilə Yaponiya arasında ticarət əlaqələri
(milyon ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2012 |
244.1 |
0.99 |
245 |
-243.1 |
2013 |
288.4 |
22.6 |
311 |
-265.8 |
2014 |
240.5 |
1.2 |
241.7 |
-239.3 |
Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
Yaponiyadan Azərbaycana idxalda:
- qara metaldan borular və profillər;
- qaz və buxar turbinləri;
- minik avtomobilləri;
- mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər
- nasos – kompressor boruları;
- audio – video disklər.
Azərbaycandan Yaponiyaya ixracda:
- spirtli içkilər;
- meyvə şirələri;
- xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları;
- kimyəvi məhsullar və preparatlar;
- alüminium ərintiləri;
- balıq kürüsü.
Mənbə: AR İqtisadiyyat və sənaye nazirliyi
Mədəniyyət və təhsil
Səfirlik bir sıra universitet və tədqiqat mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Onların arasında Tsukuba Universiteti, Vaseda Universiteti, Qunma Prefekturasının Qızlar Universiteti, Keio Universiteti, Sofia Universiteti, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə Tədqiqat Mərkəzi, Utsunomiya Universiteti, Şizuoka Prefekturasının Universiteti, “Shoheijuku” İnstitutu, Hiroşima İctimai Universiteti – Sülh araşdırmalar institutu, Kobe Şukuqava Qakuin Universiteti, “Citizens School” mərkəzi, Osaka Universiteti və s. qeyd etmək olar.
Bundan əlavə Azərbaycanın ADA Universiteti Yaponiyanın bir sıra universitetləri ilə akademik mübadilə proqramları təsis edilmişdir:
Doshisha University, Graduate School of Global Studies, Japan
Osaka University, Graduate School of International Public Policy (OSIPP), Japan
Azərbaycanda yapon dili 3 orta ümum təhsil məktəbində və Bakı Dövlət Universiteti ilə Azərbaycan Dillər Universitetində tədris edilir.
Dostluq mübadiləsi
Azərbaycan – Yaponiya münasibətləri tarixində ilk dəfə olaraq, hər iki ölkənin şəhərləri arasında “Dostlaşmış şəhərlər statusu əməkdaşlıq çərçivəsinin” qurulmasına nail olunmuşdur. Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında “Dostlaşmış şəhərlər mübadiləsi” sazişi 22 noyabr 2013-cü ildə imzalanmışdır.
Dostluq mübadiləsinin əsas məqsədi iki ölkənin mədəniyyəti və yaşayış tərzinin öyrənilməsi, insanlar arasında əlaqələrin genişləndirilməsi, o cümlədən Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın dərinləşdirilməsidir.
Dostluq Assosiasiyası
4 mart 2015-ci il tarixində Azərbaycan-Yaponiya Dostluq Assosiasiyası təsis edilmişdir.
Yaponiya-Azərbaycan Dostluq Assosiasiyasının yaradılmasının məqsədi iki ölkə arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir.
- İki ölkə arasında təhsil və mədəni mübadilənin təşviqi
- Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin dəstəklənməsi
- İki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə iqtisadi əməkdaşlığın təşviqi
- İki ölkə rəsmilərinin qarşılıqlı səfər mübadiləsinin dəstəklənməsi