2021-05-07

Səfir G.İsmayılzadə TEPSCO şirkətinin nümayəndələri ilə görüş keçirib

6 may 2021-ci ildə səfir Gürsel İsmayılzadə TEPSCO şirkətinin Direktoru, Beynəlxalq Biznesin İnkişafı və Təşviqi İdarəsinin baş meneceri Hideo Kocima və şirkətin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı şirkətin Azərbaycanda külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadəsi və müasir enerjinin idarəetmə yanaşmaları, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasında müvafiq konsepsiyanın və baş planın hazırlanması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Arxiv üzrə axtarış