Konsulluq qeydiyyatı
Konsulluq uçotu
Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir.
Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.
Azərbaycan Respublikasının vətəndaşlarının konsulluq qeydiyyatına alınması üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Pasport (surəti)
- Uçot vərəqəsinin (daimi yaşayanlar əlavə 1, müvəqqəti yaşayanlar əlavə 2) vətəndaş tərəfindən şəxsən doldurulmuş nüsxəsi
- Yaponiyada daimi və ya müvəqqəti yaşama icazəsinin surəti
- 1 ədəd 3x4 rəngli fotoşəkil
- Konsulluq qeydiyyatının aparılması məqsədilə vətəndaşlar sənədlərini şəxsən və ya consul@azembassy.jp elektron poçt ünvanına və ya poçtla Səfirliyin ünvanına göndərərək təqdim edə bilərlər.
Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.