Yüksəkixtisaslı Miqrant Proqramı

Yüksəkixtisaslı Miqrant Proqramı haqqında məlumat

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2024-cü il tarixli, 156 nömrəli Sərəncamı ilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilmişdir.

Proqramın əsas məqsədi xaricdə yaşayan yüksək ixtisaslı mütəxəssislərin Azərbaycana cəlb olunmasını asanlaşdırmaq, onların müraciətlərinin qəbulu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında həyata keçirməkdir.

Bu çərçivədə Proqram iştirakçıları üçün müraciət və məlumatlandırma prosesi “Yüksəkixtisaslı Miqrant Portalı” vasitəsilə elektron formada təmin edilir. Portalda Proqramla bağlı ətraflı məlumat, müraciət qaydaları və tələb olunan sənədlər təqdim olunur.

Rəsmi portal:
https://www.pass.gov.az

Maraqlanan şəxslərə qeyd olunan portal vasitəsilə ətraflı məlumat əldə etmələri və müraciət etmələri tövsiyə olunur.

Arxiv üzrə axtarış