Ümumi Konsulluq Məsələləri

Giriş vizaları əsasən 2 növ – birdəfəlik və çoxdəfəlik olaraq verilir.

Birdəfəlik giriş vizası (etibarlılıq müddəti 30 gündən 90 günə qədər) 5-14 iş günü, bəzən 2 həfətədən daha artıq müddət ərzində verilir.

Çoxdəfəlik giriş vizası (etibarlılıq müddəti 90 gündən 180 günə qədər) 5-14 iş günü, bəzən 2 həfətədən daha artıq müddət ərzində verilir.

Səfirliyə müraciət etməzdən əvvəl ərizəçi online ərizəni bu link vasitəsilə doldurmalıdır: evisa.mfa.gov.az

Birdəfəlik giriş vizası üçün tələb olunan sənədlər

İşgüzar viza

Ərizə anketi (onlayn ərizə evisa.mfa.gov.az və çap edilərək doldurulan ərizə) ;

Bir ədəd 3x4cm ölçüdə şəkil (ağ arxa fonlu olaraq, ərizə anketinə yapişdirilmalıdır)

Pasport (pasportun etibarlılıq müddəti Azərbaycana giriş vizasının bitmə tarixindən etibarən ən az 6 aydan artıq olmalıdır)

Dəvətnamə və ya dəvət məktubu*

İşgüzar giriş vizası üçün dəvətnamələr yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən verilməlidir.

Səfirlik ehtiyac olduğu təqdirdə, əlavə sənədləri tələb etmək hüququna malikdir.

Turist vizası

Diqqət: Azərbaycan Respublikasının İşğal Olunmuş Ərazilərinə səfər etmək qadağandır

Azərbaycan Respupblikasına turizm məqsədli səfər etmək üçün 2 üsul ilə turist vizasını əldə etmək mümkündür: elektronik turist vizası (email vasitəsilə göndərilirməlidir) və adi qaydada turizm vizası (AR-in Səfirliklərində verilir)

 

Adi qaydada turist vizası

Tələb olunan sənədlər:

  1. Ərizə anket forması (onlayn ərizə evisa.mfa.gov.az və çap edilərək doldurulan ərizə)
     
  2. Pasport
     
  3. Vizaya müraciət etmiş şəxsin hazırkı görünüşünü təyin etmək üçün son 6 ay ərzində çəkilmiş 3x4 sm ölçüdə şəkil (arxası ağ fonda)
     
  4. Turizm Agentliyinin vauçeri və ya mehmanxananın sifarişini təsdiq edən sənəd
     
  5. Təyyarə biletinin sifarişini təsdiq edən sənəd.

Yaponiya vətəndaşları viza üçün tutulan dövlət rüsumundan azaddırlar. Digər ölkələrin vətəndaşları isə dövlət rüsümü ilə bağlı Səfirliklə əlaqə saxlayıb nəlumat ala bilərlər.

Diqqət! Vizadan imtina olunduğu təqdirqə viza üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmır.

Eletron turist vizası

Turist vizasi əcnəbilər və AR vətəndaşlığı olmayan şəxlər üçün Azərbaycan Respublikasına daxil olmaq üçün verilir.

Turist vizası AR-də turistik səfər etmiş şəxsə 30 gün müddətində qalmağa imkan verir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə əsasən, turist vizasının əldə olunması üçün digər sənədlərlə yanaşı tursit səfərinin məqsədini sübut edən sənəd də ( turist vauçeri, səfər bileti, otel sifarişi – sənədlərdən biri) tələb ol

http://www.mfa.gov.az/en/content/184

E-vizanın rəsmiləşdirilməsi

  1. Azərbaycan Respublikasına səfər etmək istəyən turistlər turizm agentlikləri vasitəsilə e-visa əldə edə bilərlər.
     
  2. Əcnəbilər birbaşa olaraq Azərbaycan Respublikasının səlahiyyətli orqanları və qeydiyyatdan keçmiş turizm agentliklərinə müraciət edərək və ya onların tərəfdaşları vasitəsilə elektron viza əldə edə bilərlər.
     
  3. Qeydiyyatdan keçmiş turzim agentlikləri Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının internet server şəbəkəsindəki e-visa ərizə blankını dolduraraq, ona turistin pasportu sürəti və digər tələb olunan sənədlərin skan olunmuş vəziyyətdə əlavə edir. Səlahiyyətli qurumlara göndərilmiş turostin müraciəti 10 gün ərzində baxılaraq, e-visa ona elektron məktub vasitəsilə göndərilir. Viza verilməsinə imtina halları ilə bağlı müraciət edən şəxsə məlumat verilir.
     
  4. Qanunda qəbul olunmuş əsasda elektron viza üçün də dövlət rüsumu ödənilir.
     
  5. Elektron viza blankı çap olunmuş formada olduğu üçün pasporta yapışdırılmır, lakin sərhəddi keçmə zamanı turistdən pasportla birlikdə tələb olunur. Turistin sərhəddi keçmə zamanı onun ölkəyə giriş və çıxış qeydləri elektor vizada deyil şəxsin pasportunda qeyd olunur.
     
  6. Elektron vizaların rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikasında fəaliyyət göstərən Turizm şirkətlərinin ekkerditasiyası müvafiq olaraq Azərbaycan Respublikası icra orqanı (AR Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən müəyyənləşdirilir.

http://mfa.gov.az/files/file/The_list_of_travel_companies_authorized_to_issue_e-visas_23.06.2015.pdf

Çoxdəfəlik giriş vizası

Çoxdəfəlik giriş vizası (etibarlılıq müddəti 1 il olmaqla) 5-14 iş günü ərzində rəsmiləşdirilir.

a)     Ərizə anketin doldurulması

b)    3x4 ölçüdə rəngli foto şəkil (ağ rəngli arxa fon, əriza anketin şəkil yerinə yapışdırılmalıdır)

c)     Pasport (Azərbaycan Respublikasına giriş vizasının etibarlılıq müddətinin bitdiyi tarixdən etibarən ən az daha 6 ay müddətində etibarlı olmalıdır)

d)    Dəvət məktubu (AR Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən veriliş rəsmi dəvət məktubu)

QEYD: Çoxdəfəli giriş vizası yalnız AR Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən veriliş dəvət məktubu əsasənda rəsmiləşdirilir. Çoxdəfəli giriş vizasının etibarlılıq müddəti bir il olmaqla, əcnəbi vətəndaşların ölkədə qalmaq müddəti 180 gün (və ya 6 ay) müəyyən edilir. AR ərazisində 1 ildən ərzində 180 gündən daha çox qalmağı planlaşdıran əcnəbi vətəndaşlar müvəqqəti qeydiyyata düşmək üçün ölkəyə giriş etdikdən sonra Dövlət Miqrasiya Xİdmətinə müraciət edərək, qeydiyyatdan keçməlidirlər. (www.migration.gov.az)

Natamam doldurulmuş ərizə anketlər qəbul edilmir.

AR Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən verilmiş dəvət məktubunda viza üçün müraciət edən şəxsin adı, pasport nömrəsi və vizanın etibarlılıq müddəti qeyd olunmalıdır.

Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilməməlidir. Azərbaycan Respublikasına giriş vizası üçün müraciət edən qeyri yaponiya vətəndaşlarının tutulan dövlət rüsumu barədə müvafiq məlumatı əldə etmələri üçün AR-in Yaponiyadakı Səfirliyinə müraciət etmələri xahiş olunur.

Poçt ilə göndərilmiş müraciətlər qəbul olunmur.

AR-in Yaponiyadakı Səfirliyində viza müraciətlərinin qəbulu həftənin Bazar Ertəsi və Cümə Axşamı günləri 10:00-dan 12:00-a qədər həyata keçirilir.

 

Konsulluq Qeydiyyatı

Vətəndaşların Konsulluq Qeydiyyatı

Xarici ölkələrdə konsulluq dairəsində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparırlar.

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.

Üç aydan artıq xarici ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar. Uçot zamanı uçot vərəqəsi (Əlavə 2) doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur.

ərizə- anket

Yaponiyaya Giriş Vizasının Prosedur Qaydaları

  • Yaponiyaya giriş vizasının prosedur qaydalarına dair ətraflı məlumatları əldə etmək üçün aşağıdakı linkə daxil olun:

http://www.mofa.go.jp/j_info/visit/visa/short/russia_nis.html

  • Yaponiya gömrük qaydaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun:

http://www.customs.go.jp/english/index.htm

  • Yaponiyanın miqrasiya prosedurlarına dair ətraflı məlumatları əldə etmək üçün aşağıdakı linklərə daxil olun:

http://www.moj.go.jp/ENGLISH/IB/ip.html

http://www.az.emb-japan.go.jp/upload/pdf/newrulesru.pdf

  • Yaponiyaya giriş zamanı ev heyvanlarının karantin məsələlərinə dair ətraflı məlumatı əldə etmək üçün aşağıdakı linklərə daxil olun:

http://www.maff.go.jp/aqs/english/ http://www.maff.go.jp/aqs/english/animal/im_index.html

US Dollar Account

SWIFT CODE BOTKJPJT

The Bank of Tokyo- Mitsubishi UFJ, Ltd

Setagaya Branch

Embassy of theRepublicofAzerbaijanConsular

Acct No. 130 0055633

Arxiv üzrə axtarış