2016-04-01

AR Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya Xarici işlər nazirinin müavini xanım Miki Yamada ilə görüşü

30 mart 2016-cı ildə AR Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya Xarici işlər nazirinin müavini xanım Miki Yamada ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında münasibətlərin cari vəziyyəti, yüksək səviyyəli səfərlərin mübadiləsi, eləcə də cari ilin 14-17 fevral tarixlərində YAP nümayəndə heyətinin, 6-11 mart tarixlərində AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun Yaponiyaya səfərinin nəticələri müzakirə edilmişdir.

 

 

Arxiv üzrə axtarış