2016-04-18

Azərbaycan Respublikasının Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı vermişdir

 

 

Əlahəzrət,

Ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı,17 aprel 2016-cı il.

 

http://www.president.az/articles/19420

Arxiv üzrə axtarış