2016-04-20

19 aprel 2016-cı il tarixində AR Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının illik iclasında iştirakı

 

19 aprel 2016-cı il tarixində AR Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının illik iclasında iştirak etmişdir. Liqanın üzvlərindən Kenci Kosaka, Yoşio Moçizuki, Akihiro Ohata, Şinkun Haku, Masaharu İmamura, İçiro Aisava, həmçinin Yaponiya XİN nümayəndələri Yaponiya tərəfdən təmsil olunmuşdur. Səfir G.İsmayılzadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti haqqında çıxış etmişdir. G.İsmayılzadə xüsusilə, son zamanlar cəbhə xətti boyunca baş verən gərginlik haqqında məlumat vermiş, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq təxribat xarakterlı fəaliyyət apardığını qeyd etmişdir. Səfir vurğulamışdır ki, münaqişə bilavasitə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli oluna bilər. Bununla yanaşı, səfir çıxışında Azərbaycanın son illərdəki iqtisadi inkişafına, Azərbaycan tərəfindən təşəbbüs edilən regional layihələr və qeyri-neft sektorunun inkişafı ilə bağlı məlumatlara yer vermişdir. Azərbaycan – Yaponiya ikitərəfli münasibətləri həmçinin tədbirin gündəliyində olmuşdur. Səfir ötən il ərzində həyata keçirilmiş qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulamış və bu səfərlərin davam etdirilməsinin gələcək əməkdaşlığa təkan verəcəyi ümidini ifadə etmişdir.

 

Yaponiyalı parlament üzvləri cəbhə xətti boyunca son zamanlara artan gərginlik ilə bağlı narahatlıqlarını bəyan etmiş və münaqişənin sülh yolu ilə tezliklə həllinə ümid etdiklərini bildirmişlər. Parlament üzvləri eyni zamanda, siyasi, iqtisadi və mədəni sahədə Yaponiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi vacibliyini vurğulamışlar.

 

 

Arxiv üzrə axtarış