2021-09-13

Səfir G.İsmayılzadə TEPSCO şirkətinin nümayəndələri ilə görüş keçirib

13 senyabr 2021-ci ildə səfir Gürsel İsmayılzadə TEPSCO şirkətinin Direktoru, Beynəlxalq Biznesin İnkişafı və Təşviqi İdarəsinin baş meneceri Hideo Kocima və şirkətin nümayəndələri ilə görüş keçirib.

Görüşdə TEPSCO şirkətinin Azərbaycanda külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından istifadəsi, xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasında qeyd edilən sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Arxiv üzrə axtarış