2022-01-13
Səfir İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komissiyasının Sədri cənab Kiuçi ilə görüşmüşdür
12 yanvar 2022-ci ildə səfir Gürsel İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komissiyasının Sədri cənab Minoru Kiuçi ilə görüşmüş və ikitərəfli münasibətlər, xüsusilə parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etmişdir.