2025-12-02
2025-ci il 2 dekabr tarixində Azərbaycan Respublikasının Yaponiyada Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Talıbovun Yaponiyanın Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi, səfir Tadayuki Miyaşita ilə görüşü keçirilmişdir.

Görüş zamanı Yaponiya diplomatik protokol qaydalarına uyğun olaraq Səfir Fərid Talıbov tərəfindən etimadnamə və övdətnamənin surətləri Protokol İdarəsinin rəhbərinə təqdim edilmişdir.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.