Tokionun qubernatoru xanım Yuriko Koike ilə görüş keçirilmişdir
21 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov Tokio Metropoliten Hökumətinin rəhbəri, Tokio şəhərinin qubernatoru Yuriko Koike ilə görüş keçirmişdir.
Görüşdə Azərbaycan–Yaponiya münasibətlərinin inkişafı, xanım Koikenin COP29-un Bakıda keçirilməsi çərçivəsində iştirakının əhəmiyyəti vurğulanmış, həmçinin 2026-cı ilin may ayında Bakıda baş tutacaq13-cü Dünya Şəhərsalma Forumu (WUF13) barədə ətraflı məlumat verilmişdir. Tərəflər iqlim, dayanıqlı şəhərsalma və nəqliyyat-logistika sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.