2026-02-04

Səfirlikdə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (METI) nümayəndəsi cənab Hidehiko İşii ilə səmərəli görüş keçirilmişdir.

Səfirlikdə Azərbaycan Respublikasının Yaponiyadakı Səfiri cənab Fərid Talıbov ilə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (METI) nümayəndəsi cənab Hidehiko İşii arasında  görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan–Yaponiya iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, inkişaf dinamikası və gələcək perspektivləri, o cümlədən enerji, sənaye, yaşıl iqtisadiyyat, investisiya və regional bağlantılar ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişlər.

Arxiv üzrə axtarış