2026-03-18

Şizuoka şəhərinin meri Takaşi Namba ilə görüş keçirilmişdir

18 mart 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Şizuoka şəhərinin meri Takaşi Namba arasında görüş keçirilmişdir. Səfir Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində suverenliyinin təmin edilməsindən sonra hazırda azad edilmiş, işğal nəticəsində dağıdılmış ərazilərdə intensiv şəkildə yenidənqurma və bərpa işlərinin aparıldığını, qeyd edilən ərazilərdə keçmiş  məcburi köçkinlərin geri dönüşünü ehtiva edən Böyük Qayıdış məskunlaşma proqramının və şəhərsalmanın həyata keçirildiyini bildirmişdir. Səfir F.Talıbov qarşı tərəfə Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının mahiyyəti, Bakının ev sahibi qismində rolu və tədbirdən gözlənilən nəticələr barədə ətraflı məlumat vermişdir

Görüş əsnasında səfir F.Talıbov Şizuoka şəhərinin merinə müvafiq dəvət məktubunu təqdim etmiş və onun WUF13-də iştirakının arzuolunan olduğunu bildirmişdir. Şizuoka şəhərinin meri Takaşi Namba öz növbəsində dəvətə görə minnətdarlığını ifadə etmişdir.

Arxiv üzrə axtarış