“Shinyei Kaisha” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir
2026-cı ilin 7 aprel tarixində səfir Fərid Talıbov Yaponiyanın “Shinyei Kaisha” şirkətinin prezidenti Hideo Akazavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişd
Səmimi və işgüzar şəraitdə keçirilən görüşdə Yaponiyanın “Shinyei Kaisha” şirkətinin Azərbaycanda uzun illər ərzində həyata keçirdiyi fəaliyyət, xüsusilə fəlakət risklərinin azaldılması, hidrotexniki infrastruktur, seysmologiya və tikinti təhlükəsizliyi sahələrində gördüyü işlər geniş müzakirə olunmuşdur. Səfir Fərid Talıbov şirkətin Badamdar sürüşmə sahəsi, “Alov Qüllələri” ətrafında aparılan tədqiqatlar, su anbarlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi və seysmik risk xəritələrinin hazırlanması kimi layihələrdə iştirakını yüksək qiymətləndirərək, bu fəaliyyətlərin Azərbaycan-Yaponiya əməkdaşlığının mühüm və səmərəli istiqamətlərindən biri olduğunu vurğulamışdır. Onun fikrincə, “Shinyei Kaisha”nın topladığı praktiki təcrübə və tətbiq etdiyi mühəndis həlləri ölkəmiz üçün böyük əhəmiyyət daşıyır və gələcəkdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi məqsədəuyğundur.