Okinava prefekturasının qubernatoru ilə görüş keçirilmişdir
6 aprel 2026-cı ildə səfir Fərid Talıbov ilə Okinava prefekturasının qubernatoru Denni Tamaki arasında keçirilən görüşdə tərəflər Bakıda baş tutacaq WUF13 forumu, şəhərsalma və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Səfir Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri və regionda nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə məlumat vermiş, həmçinin İran ətrafında gərginliyin regional təhlükəsizliyə təsirlərinə toxunmuşdur. Qubernator isə Okinavanın özünəməxsus inkişaf modeli və əməkdaşlıq perspektivləri barəsində məlumat vermişdir. Görüşdə regional münasibətlərə dair də fikir mübadiləsi aparılmışdır. Qubernator D.Tamaki Okinavanın yerləşdiyi geosiyasi məkanın xüsusiyyətlərinə toxunaraq, regionda sabitliyin, qarşılıqlı anlaşmanın və əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.