Min-on Konsert Assosiasiyasının prezidenti ilə görüş keçirilmişdir
2 aprel 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Min-on Konsert Assosiasiyasının prezidenti Koji Yamaquçi arasında görüş keçirilmişdir. Səmimi və qonaqpərvər mühitdə baş tutan görüşdə səfir dəvətə görə təşəkkürünü bildirərək Azərbaycan ilə Yaponiya arasında, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Koji Yamaquçi öz növbəsində rəhbərlik etdiyi Min-On Konsert Assosiasiyası haqqında məlumat verərək qurumun 60 illik fəaliyyəti ərzində musiqi vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqinə mühüm töhfələr verdiyini bildirmişdir. O, assosiasiyanın yalnız konsertlər deyil, həm də məktəblərdə maarifləndirici proqramlar və beynəlxalq dirijorluq müsabiqələri təşkil etdiyini vurğulamışdır. Görüşdən sonra Min-On Musiqi Muzeyinə baxış keçirilmiş, zəngin musiqi alətləri kolleksiyası və müxtəlif dövrlərə aid pianolar xüsusi maraq doğurmuşdur.