Yaponiya parlamentinin üzvü, Yaponiya–Azərbaycan Dostluq Liqasının sədri Kazunori Tanaka ilə görüş keçirilmişdir
2026-cı il 14 aprel tarixində səfir Fərid Talıbov Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Liberal Demokrat Partiyasının (LDP) təmsilçisi, Yaponiya–Azərbaycan Dostluq Liqasının sədri Kazunori Tanaka ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə yer alan məsələlər ətrafında da fikir mübadiləsi aparmış, Azərbaycan–Yaponiya münasibətlərinin parlament diplomatiyası, siyasi dialoq və regional bağlantılar müstəvisində inkişaf etdirilməsi üçün mövcud imkanları nəzərdən keçirmişlər.