2026-04-15
Yaponiya Parlamentinin Nümayəndələr Palatasının və Yaponiya–Azərbaycan Dostluq Liqasının üzvü Nişimura Yasutoşi ilə görüş keçirilmişdir
2026-cı il 15 aprel tarixində səfir Fərid Talıbov Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi, həmçinin Yaponiya–Azərbaycan Dostluq Liqasının üzvü Nişimura Yasutoşi görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Yaponiya parlamentlərarası işçi qrupu ilə Yaponiya Parlamentində mövcud olan Yaponiya–Azərbaycan Dostluq Liqasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanmışdır.