2026-04-15
Yaponiya Parlamentinin Nümayəndələr Palatasının və Yaponiya–Azərbaycan Dostluq Liqasının üzvü Fukuşiro Nukaqa ilə görüş keçirilmişdir
2026-cı il 15 aprel tarixində səfir Fərid Talıbov Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi, həmçinin Yaponiya–Azərbaycan Dostluq Liqasının üzvü Fukuşiro Nukaqa ilə görüş keçirmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Yaponiya arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri üzərində ətraflı fikir mübadiləsi aparılmışdır.