Yaponiya Parlamentinin Yaponiya–Azərbaycan Dostluq Liqasının və Nümayəndələr Palatasının üzvü İçiro Aisava ilə görüş keçirilmişdir
2026-cı il 16 aprel tarixində səfir Fərid Talıbov Yaponiya Parlamentinin Yaponiya–Azərbaycan Dostluq Liqasının və Nümayəndələr Palatasının üzvü İçiro Aisava ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir Fərid Talıbov Azərbaycan–Yaponiya münasibətlərinin siyasi və institusional əsasları, o cümlədən Milli Məclislə Yaponiya Parlamenti arasında təmasların əhəmiyyəti barədə məlumat vermiş, Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Yaponiya parlamentlərarası işçi qrupu ilə Yaponiya Parlamentində mövcud olan Yaponiya–Azərbaycan Dostluq Liqasının münasibətlərin inkişafında mühüm rolunu vurğulamışdır.