2026-02-19

Yaponiyanın Dövlət İqtisadi və Maliyyə Təhlükəsizliyi üzrə naziri Zati Aliləri cənab Minoru Kiuçi ilə görüş keçirilmişdir

19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Fərid Talıbov ilə Yaponiyanın Dövlət İqtisadi və Maliyə Təhlükəsizliyi üzrə naziri Minoru Kiuçi arasında görüş keçirilmişdir.

Görüşdə səfir F.Talıbov naziri yeni təyinatı münasibətilə təbrik etmiş, 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu, eyni zamanda, payızda Azərbaycanda ilk dəfə Dünya Sumo Çempionatının keçiriləcəyi diqqətə çatdırılmışdır.

Tərəflər Azərbaycan–Yaponiya münasibətlərinin inkişafı, enerji və “yaşıl artım”, Orta Dəhliz üzrə nəqliyyat-logistika, ticarət, investisiya və turizm əməkdaşlığı, habelə Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

Görüş qarşılıqlı anlaşma və konstruktiv fikir mübadiləsi şəraitində keçmişdir.

Arxiv üzrə axtarış