2026-03-16

Yaponiyanın Ətraf Mühit üzrə dövlət naziri Şiqeharu Aoyama ilə görüş keçirilmişdir.

WUF13-də iştirakın təşviqi məqsədilə 16 mart 2026-cı il tarixində səfir F.Talıbov Yaponiyanın Ətraf Mühit üzrə dövlət naziri Şiqeharu Aoyama ilə görüş keçirmişdir. Görüş zamanı səfir F.Talıbov WUF13 barədə məlumat vermiş, forumun Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcəyini, dayanıqlı şəhərsalma və təhlükəsiz yaşayış məskənləri mövzusuna həsr olunduğunu bildirmişdir. O, Ş.Aoyamaya dəvət məktubunu təqdim etmiş, Yaponiyanın iştirakının əhəmiyyətini vurğulamış, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və Böyük Qayıdış proqramı barədə məlumat vermişdir. Ş.Aoyama tədbirin aktuallığını qeyd edərək, Azərbaycana gəlməkdə maraqlı olduğunu və iştirakla bağlı yaxın zamanda cavab veriləcəyini bildirmişdir. Görüşdə, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış