2026-04-08

Kioto şəkərinin meri Koji Matsui ilə keçirilmiş görüş keçirilmişdir

8 aprel 2026-cı il tarixində səfir Fərid Talıbov ilə Kioto şəhərinin meri Koji Matsui arasında keçirilmişdir
Görüş zamanı səfir F.Talıbov qarşı tərəfi 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mahiyyəti, Azərbaycanın ev sahibi qismində rolu və tədbirin əhəmiyyəti barədə məlumatlandırmış, həmçinin Kioto şəhərinin meri Koji Matsuiyə UN-Habitat tərəfindən ünvanlanmış rəsmi dəvət məktubunu təqdim etmişdir. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və müasir şəhərsalma işlərini qeyd edərək, zəngin tarixi-mədəni irsə malik Kioto şəhərinin təcrübəsinin bu proseslər baxımından Azərbaycan üçün maraq doğurduğunu vurğulamışdır.

Arxiv üzrə axtarış