Səfirlik Mequro Beynəlxalq Dostluq Festivalında iştirak etmişdir
2026-cı il 7 mart tarixində “Meguro Persimmon Hall”da keçirilmiş Mequro Beynəlxalq Dostluq Festivalında Səfirlik təmsil olunmuşdur. Beynəlxalq mədəni dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən festival çərçivəsində Səfirliyin təşkil etdiyi Azərbaycan stendi qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Stenddə Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli geyimlər, ənənəvi əl işləri və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunmuşdur. Festivalda Polşa, Toqo, Keniya, Qabon, Botsvana və Sudan səfirlikləri, eləcə də Mequro şəhərində fəaliyyət göstərən yerli təşkilat və şirkətlər iştirak etmişlər.
Tədbirin açılışı Meguro şəhərinin meri Eiji Aoki və Meguro Beynəlxalq Dostluq Assosiasiyasının baş direktoru Tadaşi Kuriyamanın çıxışları ilə başlamışdır. Festival Azərbaycan mədəniyyətinin Yaponiyada tanıdılması və iki xalq arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur.